Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə növbəti iclas keçirilib
05/11/201604 noyabr 2016 -ci il tarixində Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə tədris işləri üzrə dekan müavini C.N.Məmmədzadənin iştirakı ilə payız yarımili ərzində geniş tərkibdə ikinci iclas keçirilmişdir. Birinci kurslar üzrə qrup nümayəndələrinə Baloniya təhsil sistemi və onun tələbləri, kredit sistemi, kollokviumların keçirilməsi və s. məsələlər barədə əlavə məlumatlar verilmişdir. Bundan əlavə qrup nümayəndələrinin vəzifələri, qruplarda tələbələrlə işin təşkili, qruplara dair tədris sənədlərinin tərtibi və istifadəsi, tədrisin keyfiyyətinin artırılması barədə danışılmışdır. Daha sonra təlim-tərbiyə işləri üzrə dekan müavini H.Sadıqov təşkilati məsələlər haqda çıxış etmişdir. İclas qrup nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşmışdır.
