Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə iclas keçirilib
08/05/2019Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadənin iştirakı ilə yaz yarımili ərzində geniş tərkibdə üçüncü görüş keçirilib. İclasda qrup nümayəndələrinin kurslara dair tədris sənədlərinin tərtibi və istifadəsi, yaz imtahan sessiyasına hazırlıq, tədris təcrübələrinin təşkili və qiymətləndirilməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, BDU-nun yaranmasının 100 illiyi ilə bağlı həyata keçirilən layihələrdən söhbət açılıb. Baloniya təhsil sistemi və onun tələbləri, kredit sistemi, kollokviumların keçirilməsi, rektorluğun əmr və sərəncamlarından irəli gələn məsələlər barədə əlavə məlumatlar verilib. “Maarifçi” Tələbə Kredit fondunun fəaliyyəti haqqında danışılıb. İclas qrup nümayəndələrinin suallarının cavablandırılması, rəy və təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.
