Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə iclas

17/10/2015

Sentyabr ayının 20-də Şərqşünaslıq fakültəsinin qrup nümayəndələri ilə dekan prof. E.Z.Əzizovun sədrliyi ilə geniş tərkibdə iclas keçirilmişdir. Birinci kurslar üzrə qrup nümayəndələrinin təqdim olunmasından sonra dekan Baloniya təhsil sistemi və onun tələbləri, kredit sistemi, kollokviumların keçirilməsi və s. məsələlər barədə tələbələrə məlumat vermişdir. Daha sonra fakültənin tədris işləri üzrə dekan müavini C.N.Məmmədzadə qrup nümayəndələrinin vəzifələri, qruplarda tələbələrlə işin təşkili, qruplara dair tədris sənədlərinin tərtibi və istifadəsi, tədrisin keyfiyyətinin artırılması, humanitar məsələlər üzrə dekan müavini H.Sadıqov isə təşkilati məsələlər barədə çıxış etmişdir. İclas qrup nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşmışdır.

Bookmark and Share