Şərqşünaslıq fakültəsinin ”Qiraət” kitab klubunun növbəti görüşü keçirilib
22/10/2022Şərqşünaslıq fakültəsinin "Qiraət" kitab klubunun növbəti görüşü keçirilib
21 oktyabr tarixində Şərqşünaslıq fakültəsinin "Qiraət" kitab klubunun növbəti görüşü baş tutub. Kitabsevərlər "Ədibin evi"ndə görüşüblər. Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi Məhəmməd Mirkeyaninin "Çillə gecəsinin nağılları" kitabına müraciət edərək, müxtəlif nağıllar üzrə təhlilləri səsləndirib, fikir mübadiləsi aparıblar. Tədbirdə dekan müavini Şahin Yusifli olmaqla, nağılların tərcüməsində böyük xidmət göstərmiş dos.Əsmətxanım Məmmədova, f.ü.f.d. Familə Nəcəfova, f.ü.f.d. Nigar Babazadə, f.ü.f.d. Həyat Məmmədova və Aygün Aslan iştirak ediblər. Tələbələr müxtəlif nağılların məzmunu, ideya istiqaməti barədə Azərbaycan və fars dillərində məlumat veriblər. Müəllimlərin sualları əsasında bir çox mətləblərə aydınlıq gətirilib. Tələbələr böyük ədib Mir Cəlal Paşayevi anıb, xatirə şəkilləri çəkdiriblər.







