Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin professoru orden ilə təltif olunub

03/11/2021

Şərqşünaslıq fakültəsi Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli Yaponiya höküməti tərəfindən Rozetli Qızıl Şəfəqli Gündoğar (The Order of the Rising Sun, Gold Rays with Rosette) ordeni ilə təltif olunmuşdur. Orden Azərbaycanda çoxsaylı yapondilli tələbələr və kadrlar yetişdirilməsində böyük rol oynadığına görə professor Oqtay Cəlilbəyliyə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən təqdim edilmişdir. Oqtay müəllimi ürəkdən təbrik edir, ona gələcək işlərində uğurlar arzu edirik.


https://www.facebook.com/JapanEmb.Azerbaijan/posts/

Bookmark and Share