Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin professoru N.Məmmədovun “Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti” adlı kitabın təqdimatı mərasimi keçirilib

25/10/2017
20 oktyabr 2017-ci il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədovun müəllifi olduğu “Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti” adlı kitabın təqdimatı mərasimi keçirildi.
Mərasimi giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirdi ki, Misir Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də həm Misirin, həm də Azərbaycanın görkəmli ziyalılarının, elm xadimlərinin həyatı və yaradıcılığı ilə tanış olmaq, onların əsərlərinin təqdimatını keçirməkdən ibarətdir. Mərkəzin rəhbəri bildirdi: “Kitab müasir ərəb dilinin tədrisində və nəzəri cəhətdən öyrənilməsində, müasir ərəb” dilinin tədrisinin metodikasının dəqiqləşdirilməsində, tərcümə nəzəriyyəsi və praktikasında və ayrı-ayrı dillərin funksional-üslubi bölgüsünün aparılmasında faydalı ola biləcəyini düşünürəm”.

Təqdimat mərasimində çıxış edənlər AMEA Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov, AMEA Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri professor Kamandar Şərifov, Azərbaycan Dillər Universitetinin Ərəb dili müəlliməsi Ülviyyə  Hüseynova, BDU Ərəb filologiyası kafedrasının dosenti Könül Məmmədova  və BDU-nun Ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva  bildirmişlər ki, BDU-nun Şərqşünaslıq və İlahiyyat fakültəsinin bakalavr  pilləsinin tələbələri və magistrlarantları üçün nəzərdə tutulan bu kitabdan doktorantlar, müəllimlər, tərcüməçilər və geniş oxucu kütləsi də faydalana bilər

 

 

Bookmark and Share