Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin məzunları ilə görüş keçirilib

16/07/2018

29 iyun 2018-ci il tarixində “Məzun günü” münasibətilə Şərqşünaslıq fakültəsi THT-nin təşkilatçılığı ilə BDU-nun əsas binasında bakalavriatura və magistratura təhsil pillərini bitirən tələbələrin, professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə fakültə dekanı prof. E.Əzizov açmış, tələbələri bu gün münasibətilə təbrik edərək, öz arzu və tövsiyyələrini onlarla paylaşmışdır. Dekan müavinləri C.Məmmədzadə, A.Yəhyayev, H.Sadıqov, müəllimlərdən prof. M.Kazımov, prof. R.Rüstəmov, prof. N.Məmmədov, dos. N.Əlizadə, dos. A.Xəndan və b. məzunlara ən xoş arzu və diləklərini çatdırmışlar. Daha sonra oxuduqları müddətdə yüksək təhsil göstəricilərinə və ictimai fəallıqlarına görə BDU-nun rektoru akad. A.M.Məhərrəmov tərəfindən “Fərqlənmə diplomu”, “Valideynə təşəkkür məktubu” və “Fəxri fərman”la həvəsləndirilmiş məzunlar təbrik edilib. Tədbirin sonunda məzunlar adından Ş.Məlikova, T.Mansurov, N.Məmmədova, İ.Sadıqlı,  A. Əlizadə, Ə. Zeynalzadə, M.Rzayev söz alaraq, təhsildə və ictimai həyatda qazandıqları uğurlara görə BDU rəhbərliyinə, Şərqşünaslıq fakültəsinin dekanlığına və üzərlərində əvəzsiz xidmətləri olan professor-müəllim heyətinə öz dərin minnətdarlıqlarını ifadə etmişlər.

 

 

Bookmark and Share