Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti “Xocalıya ədalət” yürüşündə iştirak edib

28/02/2017

26 fevral 2017-ci il tarixində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Şərqşünaslıq fakültəsinin müəllim və tələbələri “Xocalıya ədalət” yürüşünə qatılmışlar. Yürüş Xətai rayonu ərazisində yerləşən “Ana harayı” abidəsinə qədər davam etmişdir. İştirakçılar abidəni dərin hüznlə ziyarət etmiş və soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq oraya gül-çiçək dəstələri qoymuşlar.

 

Bookmark and Share