Şərqşünaslıq fakültəsinin müəllimi müsabiqə qalibi olub
06/05/2021Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkil etdiyi müsabiqədə iştirak edib. Şahin Yusifli "Nizami Gəncəvi və Fridrix Şiller arasında poetik xətlər, ədəbi və bədii toxunuşlar" adlı məqaləsi ilə müsabiqənin qalibi olub.
