Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin müəllim və tələbə kollektivi Şəhidlər Xiyabanına baş çəkiblər

20/01/2023
xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 33 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilib. Bu faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə həkk olunub. O zaman yalnız Ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış edib. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Qeyd edək ki, Şərqşünaslıq fakültəsinin müəllim və tələbə kollektivi "20 yanvar" faciəsi şəhidlərini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanına baş çəkiblər. Şəhid məzarlarına qərənfillər düzülüb, ruhlarına dualar oxunub.

 

Bookmark and Share