Şərqşünaslıq fakültəsinin müəllim və tələbə kollektivi ADA-da keçirilən konfransda iştirak ediblər
12/10/2019
12 oktyabr 2019-cu il tarixində Şərqşünaslıq fakültəsinin müəllim və tələbə kollektivi ADA Universitetində Azərbaycan Gənc Diplomatlar Birliyinin Azərbaycan diplomatik orqanlarının 100 illiyinə həsr etdiyi “Keçmiş və gələcək 100 il” adlı konfransda iştirak ediblər. Konfransın qonaqları arasında Xarici İşlər Nazirliyinin Baş Mətbuat katibi Leyla Abdullayeva, Milli Məclisinin deputatı, professor Elman Nəsirov, ADA Universitetinin prorektoru Fariz İsmailzadə, Azərbaycan Gənc Diplomatlar Birliyinin direktoru Eltun İbrahimov, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli və regionşünaslıq ixtisasının tələbələri yer alıblar. Qeyd etmək lazımdır ki, fakültənin Regionşünaslıq (İsrail üzrə) ixtisasının 2-ci kurs, azərbaycan bölməsi üzrə tələbəsi olan Həsənova Elnarə Habil qızı cari ildən Azərbaycan Gənc Diplomatlar Birliyində Tələbə və Gənclərlə İş üzrə sədr vəzifəsini icra edir.
