Şərqşünaslıq fakültəsinin əməkdaşlarının məqalələri beynəlxalq konfransın materiallarında dərc olunub
10/11/201716-17 oktyabr 2017 -ci il tarixində AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir Şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfransın materialları işıq üzü görüb. Həmin topluda İran filologiyası kafedrasının əməkdaşları prof. Mehdi Kazımovun “Ə.Şirazinin üçüncü “Xəmsə”si”, dos. Əsmətxanım Məmmədovanın “Müasir fars dilində fonetik əvəzlənmələrin səciyyəsi”, Cavanşir Məmmədzadənin “F.Fərruxzadın məhəbbət lirikası”, Türk filologiyası kafedrasından Nərminə Məmmədovanın “Fransız və ingilis mənşəli terminlərin müasir türk ədəbi dilində leksik-semantik mənimsənilmə yolları”, Ərəb filologiyası kafedrasından Təranə Hüseynbalayevanın “Qədim Şərqdə yazı materialı və alətləri” mövzularındakı yazıları nəşr olunub.
