Şərqşünaslıq fakültəsinin əməkdaşları İran İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edib
01/04/2017 Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedralarının bir qrup əməkdaşı “Fairmont Hotel Baku”da İran İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak etmişdir. Ölkə himnlərininin səslənməsindən sonra İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə islam inqilabının qələbə çalması və ölkənin bir sıra sahələrdə bugün qazandığı nailiyyətlərdən danışmışdır. Daha sonra Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Şahin Mustafayev iki ölkə arasındakı siyasi-iqtisadi və mədəni əlaqələr barədə çıxış etmişdir. Ziyalılarla görüşən iranlı diplomatik missiya nümayəndələri iki ölkə arasında əlaqə və münasibətlərin inkişafında Azərbaycan şərqşünaslarının böyük xidmətlərinin olduğunu xüsusi vurğulamışlar.
