Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin əməkdaşları Küveyt Dövlətinin müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edib

28/02/2019

Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının əməkdaşları “Four Seasons Hotel Baku”da Küveyt dövlətinin müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edib. Ölkə himlərininin səslənməsindən sonra Küveyt dövlətinin Respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Əl-Rumi ölkəsinin əldə etdiyi uğurlardan və Azərbaycanla müxtəlif sahələrdəki əlaqələrdən söhbət açıb. Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev iki ölkə arasındakı siyasi-iqtisadi və mədəni münasibətlər haqqında çıxış edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share