Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin əməkdaşları Əfqanıstan İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə

09/10/2017

 

2017 -ci il tarixində Əfqanıstan İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə Şərqşünaslıq fakültəsinin əməkdaşları, o cümlədən dekan müavinləri A.H.Yəhyayev və C.N.Məmmədzadə iştirak etmişdir. Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Səfirliyinin I katibi cənab Əhməd Hüseyni Mərvi iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələrdən söhbət açmışdır. Öz növbəsində fakültə əməkdaşları ölkələr arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə elm, təhsil və mədəniyyət xadimlərinin verdiyi töhfələrdən bəhs etmiş, Azərbaycan şərqşünaslığının bu sahədəki rolunu xüsusi vurğulamışdır.

 

 

 

Bookmark and Share