Şərqşünaslıq fakültəsinin əməkdaşları Əfqanıstan İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə
29/09/201619 sentyabr 2016 -ci il tarixində Əfqanıstan İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə Şərqşünaslıq fakültəsinin bakalavriatura üzrə dekan müavini baş müəllim C.N.Məmmədzadə iştirak etmişdir. Əfqanıstan İslam Respublikasının Azərbaycandakı Səfirliyinin I katibi cənab Əhməd Hüseyni Mərvi iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələrdən söhbət açmışdır. C.N.Məmmədzadə də öz növbəsində ölkələr arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə elm, təhsil və mədəniyyət xadimlərinin verdiyi töhfələrdən bəhs etmiş, Azərbaycan şərqşünaslığının bu sahədəki rolunu xüsusi vurğulamışdır
