Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin əməkdaşı “Web of Science” beynəlxalq təlimində

05/12/2016

02 dekabr 2016-cı il tarixində Şərqşünaslıq fakültəsinin əməkdaşı Yusifli Şahin Kamal oğlu dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” agentliyinin Bakı Dövlət Universitetində keçirilən “Web of Science” beynəlxalq təlimində iştirak edib. İki gün davam edən təlim boyunca iştirakçılara Tomson Reuters-in informasiya bazasına daxil olan Web of Science, Journal Citiation Reports, Researcher İD, End Note Basic adlı proqramlaşdırmalar üzrə beynəlxalq təlimçilər tərəfindən təlimlər verilmiş və sonda iştirakçılar “Thomson Reuters” agentliyinin elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov tərəfindən mükafatlandırılaraq, sertifikatlarla təltif olunmuşlar.

 

 

 

 

 

Bookmark and Share