Şərqşünaslıq fakültəsinin magistri El Ruha 8-ci Beynəlxalq Sosial elmlər konfransında iştirak edib
18/02/2021Şərqşünaslıq fakültəsinin ikinci kurs magistri Süleyman Telman oğlu İbrahimov 30.01.2021.ci il tarixində İordaniyanın Mutah Universitetində ( Mutah University) təşkil olunmuş El Ruha 8-ci Beynəlxalq Sosial elmlər konfransında ( EL RUHA 8TH INTERNATIONAL CONFERENCE ON SOCIAL SCIENCES) iştirak etmiş və "Ərəb dilçiliyində samit və sait səslərin təsnifatına baxış" ( An overview of the classification of consonants and vowels in Arabic linguistics) mövzusunda cıxış etmişdir. Tələbəmizi ürəkdən təbrik edir və ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.
