Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin magistrantı elmi seminarda iştirak edib

10/02/2022
Bakı Dövlət Universitetində  “Open Science Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçıar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib.
Layihənin əsas məqsədi gənc tədqiqatçılara Open Science, Open Access, Open Research Date, Open İnnovation, Open Research Computation, ResearchGate, Scientific Social Network haqqında bilik və informasiyalar vermək, Open Access jurnallarına çıxış imkanları, ORCID, indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaq, Open Science-in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.
Seminarda Şərqşünaslıq fakültəsinin magistrantı Nazim Mənsimov iştirak edərək, sertifikat ilə təltif olunmuşdur.
Bookmark and Share