Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin Koreya üzrə regionşünaslıq ixtisasının tələbələri koreyalı qonaqlarla görüşdə

01/10/2016

 

22 sentyabr 2016-cı il tarixində Koreya Seul Milli Universitetinin professoru Hi Yonq Ronun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonaqlara universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib, Koreya universitetləri ilə əməkdaşlıqdan, BDU-da Koreya dili və ədəbiyyatının tədrisindən,  elm və təhsil istiqamətində görülən işlərin daha da genişləndirilməsindən bəhs edib. Rektor ötən il koreyalı alimlərin iştirakı ilə universitetdə keçirilən simpoziumdan, Koreya mərkəzinin fəaliyyətindən də söz açıb.

Şərqşünaslıq fakültəsi Koreya üzrə regionşünaslıq ixtisasının III kurs, 1454-cü qrup tələbələri Əbdül Zeynalzadə, Nəzrin Məmmədova və Pənah Aslanov qonaqları koreya dilində salamlamış, Koreya Mərkəzi, Ekologiya və torpaqşünaslıq fakültəsi, Nanotexnologiya və digər lobarotoriyalarda keçirilən görüşlərdə müşayiət etmişdir. Əcnəbi qonaqlar Şərqşünaslıq fakültəsində koreya dilinin yüksək səviyyədə tədrisindən məmnuqluq ifadə etmişlər

Bookmark and Share