Şərqşünaslıq fakültəsinin kollektivi “Soyqırımı Memorial Kompleksi”ndə
29/05/201928 may 2019-cu il tarixində Şərqşünaslıq fakültəsinin müəllim və tələbələrindən ibarət geniş tərkibdə kollektiv Quba rayonunda yerləşən “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib. Memorial Kompleksdə ziyarətçilər müxtəlif eksponatlar və tarixi sənədlərlə tanış olunub. Muzeyin əməkdaşları soyqırıma məruz qalan bölgələr, soyqırımı qurbanlarının faciəvi həyatı barədə iştirakçılara geniş məlumat verib. Tarixi faktlarla 1918-ci ildə ermənilərin törətdikləri vəhşiliklər haqqında danışılıb. Qeyd edək ki, səfərin layihə rəhbəri dekan müavini Cavanşir Məmmədzadə olub.
