Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin könüllü tələbələri ilə görüş keçirilib

06/10/2022

Şərqşünaslıq fakültəsinin könüllü tələbələri I kurs könüllüləri ilə görüş keçiriblər. Görüşdə fakültə könüllülərinin sədri Sevinc Ağayeva və digər idarə heyəti üzvləri iştirak ediblər. Görüşdə tələbələrə könüllülüyün mahiyəti ,”BDU Könüllüləri”nin fəaliyyəti, klublar və departamentlər haqqında geniş məlumat verilib.Həmçinin görüş zamanı ayın könüllüləri açıqlanıb. Görüşün sonunda tanışlıq məqsədi ilə əyləncəli şəbəkələşmə müsabiqəsi keçirilib və oyunun qalibi Allahverdi Ələsgərova kitab hədiyyə edilib.









Bookmark and Share