Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi beynəlxalq seminarda iştirak edib
02/08/2021Şərqşünaslıq fakültəsinin ibri dili müəllimi Təranə Hüseynbalayeva Qüdsün İbri dili Universitetinin nəzdində fəaliyyət göstərən "Yəhudi Mədəniyyəti və İbri dilinin dünya universitetlərində tədrisi Beynəlxalq Mərkəzi"nin təşkil etdiyi "Ali məktəblərdə İbri dilinin xarici dil kimi tədrisində innovativ metodlar”a həsr olunmuş illik beynəlxalq seminarda seminarda iştirak edib.
Qüdsün İbri dili Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Mədəniyyəti və İbri dilinin dünya universitetlərində tədrisi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş seminarın əsas istiqaməti nəzəri yanaşma, praktiki tətbiqetmə və məsafədən təhsil, virtual auditoriyada xarici dilin kommunikativ metodlarla tədrisindən ibarət olmuşdur. Seminarda otuza yaxın ölkənin universitetlərindən ibri dili müəllimləri iştirak etmiş, dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri mühazirə söyləmiş, dünya təcrübəsi təhlil edilmişdir.
Beş gün davam edən seminarda iştirak edən hər müəllim məsafədən tədris metodları ilə bağlı təcrübələrini bölüşmüş, öz dərslərindən nümunələr təqdim etmiş, məsafədən tədris prosesində istifadə edilən ən yeni dərs vəsaitləri haqqında biliklər paylaşılmışdır.




