Şərqşünaslıq fakültəsinin I kursuna daxil olmuş abituriyentlərin sənədlərinin qəbulu keçirilmişdir
13/09/2017
15-31 avqust 2017-ci il tarixlərində Şərqşünaslıq fakültəsinə daxil olmuş abituriyentlərin sənədlərinin qəbulu keçirilmişdir. Sənədlərin qəbulu II qrup “Regionşünaslıq (Şərq ölkələri)” və III qrup “Filologiya” (Şərq dili və ədəbiyyatı) ixtisasları üzrə aparılmışdır. Azərbaycan və rus bölmələri üzrə “Regionşünaslıq (Şərq ölkələri)” ixtisasına 116, “Filologiya” (Şərq dili və ədəbiyyatı) ixtisasına isə 29 nəfər tələbə sənəd təqdim etmişdir. Şərqşünaslıq fakültəsində sənəd qəbulu üzrə məsul şəxs dekan müavini Cavanşir Məmmədzadə və kargüzar Rəbiyyə Rəsulova olmuşdur.
