Şərqşünaslıq fakültəsinin I kurs tələbəsi qaliblər sırasında
21/11/201618 noyabr 2016-cı il tarixində Şərqşünaslıq fakültəsi “İran” üzrə regionşünaslıq ixtisasının I kurs, Azərbaycan bölməsi, 1474-cü qrup tələbəsi Anar Əzizli BDU-da keçirilmiş “Miss & Mister” layihəsinin qalibi olmuşdur. Qeyd edək ki, “Miss & Mister” layihəsi BDU-da ən gözəl xanım və ən yaraşıqlı bəyin seçilməsindən ibarətdir. Azerbaycanın tanınmış modelyerlərinin iştirakı ilə keçirilən final yarışmasında Anar Əzizli II yerin qalibi olmuş və diplomla mükafatlandırılmışdır.
