Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin I kurs tələbələri ilə payız imtahan sessiyasına hazırlıq məqsədilə iclas keçirilib

03/01/2019

2018-2019-cu tədris ilinin payız imtahan sessiyasına hazırlıq məqsədilə I kurs tələbələri ilə görüş keçirilib. İclasda “Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə)”, “Filologiya (Şərq dilləri və ədəbiyyatı)” və “Tərcümə (ərəb dili / fars dili)” ixtisaslarının tələbələri iştirak edib. Tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə iştirakçıları “2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının keçirilməsi haqqında” əmrlə tanış edib. Daha sonra imtahanların təşkili, imtahan prosesinin gedişatı, imtahan suallarının cavablandırılması (nəzəri və texniki məsələlər), fənn proqramlarından istifadə, imtahan yazı işlərinin qiymətləndilməsi, qiymətləndirmə meyarları, appelyasiya komissiyasının fəaliyyəti, appelyasiya komissiyasına müraciət və s. məsələlər barədə tələbələr təlimatlandırılıb. İclas tələbələrin müxtəlif səpkili suallarının cavablandırılması ilə yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share