Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin I kurs tələbələri ilə Payız imtahan sessiyasına hazırlıq məqsədilə iclas keçirilib

05/01/2018

27 dekabr 2017 -ci il tarixində tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadənin sədrliyi ilə payız imtahan sessiyasına hazırlıq məqsədilə I kurs tələbələri ilə görüş keçirilib. İclasda Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə) və Filologiya (Şərq dilləri və ədəbiyyatı) ixtisaslarının tələbələri iştirak edib. Dekan müavini C. Məmmədzadə əvvəlcə tələbələri Rektorun “2017-ci il payız imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq əmrinin bir sıra bəndləri ilə tanış etmişdir. Daha sonra imtahanların təşkili, keçirilməsi, imtahan prosesinin gedişatı, imtahan suallarının cavablandırılması (nəzəri və texniki məsələlər), fənn proqramlarından istifadə, imtahan yazı işlərinin qiymətləndilməsi, qiymətləndilmə meyarları, appelyasiya komissiyalarının fəaliyyəti, appelyasiya komissiyalarına müraciət və s. məsələlər barədə tələbələr təlimatlandırılıb. İclas tələbələrin müxtəlif səpkili suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Bookmark and Share