Şərqşünaslıq fakültəsinin Həmkarlar Təşkilatının iclası keçirilib
27/02/201722 fevral 2017-ci ildə Həmkarlar Təşkilatının iclası keçirilmişdir. İclası giriş sözü ilə açan fakültənin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə təşkilatın fəaliyyəti və gördüyü işlər barədə məlumat verdi. Həmkarlar Təşkilatının sədri Ərəb filologiyası kafedrasının baş müəllimi f.ü.f.d. Təranə Əkbərova 2016-cı ildə həyata keçirilmiş işlər haqqında məruzə ilə çıxış etdi, 2017-ci ildəki hədəflərdən danışdı. Müəllimlərdən dos. N.Əlizadə, f.ü.f.d. Mehman Tarverdiyev, f.ü.f.d. Bənövşə Hacıyeva, baş müəl. Şamil Alməmmədov və b. Həmkarlar Təşkilatının fəaliyyəti barədə öz fikirlərini iştirakçılarla paylaşdılar.
Daha sonra gündəlikdəki əsas məsələ açıq səsvermə yolu ilə fakültə Həmkarlar Təşkilatına sədr və büro üzvlərinin seçkisi keçirildi. Ərəb filologiyası kafedrasının baş müəllimi f.ü.f.d. Əkbərova Təranə Əkrəm qızı səs çoxluğu ilə yenidən Həmkarlar Təşkilatının sədri seçildi. Büro üzvlərinin sıralarına da yeni əməkdaşlar daxil oldu.
