Şərqşünaslıq fakültəsinin heyəti ulu öndərin məzarında olublar
10/05/202110 may Azərbaycan tarixində unikal şəxsiyyət, unudulmaz dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olması günüdür. Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti dahi şəxsiyyətin ruhuna hörmət və ehtiram əlaməti olaraq, mərhum Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə ulu öndərin qəbrini ziyarət ediblər. Müəllim və tələbə heyəti ümummilli liderin qəbri üzərinə gül dəstələri qoyublar.
