Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin fəalları Azərbaycan tələbələrinin II qurultayında

02/02/2019

 

Azərbaycan  Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. Qurultayda Baş nazirin müavini cənab Əli Əhmədov, Prezident administrasiyası Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri cənab Ceyhun Bayramov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rəhbərləri və digər rəsmilər, ali təhsil müəssisələrinin fəal gəncləri iştirak edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrik məktubu qurultay iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə əlaçı və aktiv tələbələrimiz fakültəmizi yüksək səviyyədə təmsil ediblər. Qurultay konsert proqramı ilə başa çatıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share