Şərqşünaslıq fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib
14/10/201713 oktyabr 2017-ci il tarixində Şərqşünaslıq fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə fakültə dekanı prof. E.Z.Əzizov açıb. İclasın katibi dos. K.Ə.Məmmədova yetərsay barədə məlumat vermiş, iclasın gündəliyi iştirakçıların diqqətinə çatdırılmışdır. Növbəti tədris ili üçün öz yerinə seçilən müəllimlərin hesabatları və kafedra müdirlərinin rəyi dinlənilmişdir. Pedaqoji personalın kafedralar üzrə müvafiq vəzifələri tutmaqları üçün səsvermə keçirilmişdir. İclasda dekan müavinləri və fakültə TMŞ-nın sədri prof. M.D.Kazımov və b. da çıxış etmişdir.
