Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

15/09/2017

 

13 sentyabr 2017-ci il tarixində Şərqşünaslıq fakültəsi Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə fakültə dekanı prof. E.Z.Əzizov açmışdır. İclasın katibi dos. K.Ə.Məmmədova yetərsay barədə məlumat vermiş, iclasın gündəliyi iştirakçıların diqqətinə çatdırılmışdır. Prof. E.Z.Əzizov keçən dərs ilində yaranmış çətinliklər və onların həlli yolları, qazanılan müvəffəqiyyətlər və 2017-2018-ci tədris ilində qarşıda duran vəzifələrdən irəli gələn məsələlər, dərs yükünün bölgüsü barədə məruzə ilə çıxış etmişdir. Daha sonra tədris işləri üzrə dekan müavini b/m. C.N.Məmmədzadə ötən tədris ilinin yekunları barədə danışmış, imtahan nəticələrinin statistikasını açıqlamışdır. Gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılmış və ünvanlanan suallar dolğun cavablandırılmışdır. İclasda fakültə TMŞ-nın sədri və İran filologiyası kafedrasının müdiri prof. M.D.Kazımov, elmi işlər üzrə dekan müavini b/m. A.H.Yəhyayev, Türk filologiyası kafedrasının müdiri prof. R.Ə.Rüstəmov və b. da çıxış etmişdir.

 

Bookmark and Share