Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin Elmi Şurasının iclası keçirilib

03/06/2019

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə açan dekan, professor Elxan Əzizov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini tutmaq üçün akademik Vasim Məmmədəliyevin seçkisi keçirilib. Professor Elxan Əzizov namizədin elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Dekanın çıxışından sonra Elmi Şura üzvlərindən millət vəkili, professor Jalə Əliyeva, professor Mehdi Kazımov, professor Rüfət Rüstəmov, professor Nəsrulla Məmmədov akademik Vasim Məmmədəliyev şəxsiyyəti haqqında danışıb, onun bu vəzifəni tutmağa ən layiqli namizəd olduğunu vurğulayıblar. Keçirilən gizli səsvermədə Elmi Şura üzvləri yekdilliklə akademik Vasim Məmmədəliyevin lehinə səs veriblər.

Cari məsələlərin müzakirəsindən sonra Elmi Şuranın iclası sona çatıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share