Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini beynəlxalq simpoziumda iştirak edib
06/10/2021Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə Daşkənd Dövlət Şərqşünaslıq İnstitutu, İstanbul Universiteti, Marmara Universiteti və Türk Konseyi Birliyinin təşkilatçılığı ilə böyük türkoloq, dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan “Divan Lüğat-it-Türk” əsərinin müəllifi Mahmud Kaşgariyə həsr olunmuş “Kaşgarlı Mahmudun Bilimsel Mirası ve Üçüncü Binyıl Türkolojisinin Gelişmesindeki rolu” mövzusunda 29-30 sentyabr tarixlərində İstnabulda keçirilən beynəlxalq online simpoziumda iştirak edib. Simpoziumda dosent Nigar İsmayılzadə “Divanü Lüğatit-Türk” əsərində coğrafi yer adları” mövzusunda çıxış etmişdir
