Şərqşünaslıq fakültəsinin tələbəsi dünya çempionatının üçüncüsü olub
17/01/2020Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin I kurs tələbəsi Səmədulla Məmmədzadə Ukraynanın Xarkov şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında iştirak edib. Qaydasız döyüş üzrə yarışda 70 kq çəkidə döyüşən S.Məmmədzadə yarışın üçüncüsü olub.
Qeyd edək ki, dünya çempionatında 15 ölkədən 1200 idmançı çıxış edib. Ölkəmizi bu yarışda 50 idmançı təmsil edib. Milli komandamız medal sayına görə yarışda ikinci pillədə qərarlaşıb.
