Şərqşünaslıq fakültəsinin dekanı “Red Sakura” komandasının üzvlərini təbrik edib
14/03/201612 mart 2016 -cı il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlat İttifaqı komitəsi və İn Clubun birgə layihəsi olan intellektual yarışma keçirilmişdir. Breyn Rinqdə universitetdaxili 40 komanda arasında Şərqşünaslıq fakültəsini təmsil edən Red Sakura komandası ilk üçlükdə qalib olaraq, üçüncü yeri tutmuşdur. Bu münasibətlə martın 14- də fakültə dekanı prof. Elxan Əzizov komanda təmsilçiləri ilə görüşmüş, onları qazandıqları nailiyyətə görə təbrik etmiş, gələcək təhsil və ictimai fəaliyyətlərində uğurlar arzulamışdır. İntellektual yarışma barədə məlumat verən komanda üzvləri onlara göstərilən dəstəyə görə fakültə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
