Şərqşünaslıq fakültəsinin dekanı professor Elxan Əzizovun 70 yaşı tamam olub
31/10/201625 oktyabr 2016 -cı il tarixində Şərqşünaslıq fakültəsinə uzun illərdir ləyaqətlə rəhbərlik edən, təkcə fakültənin deyil, bütün universitet kollektivinin dərin hörmət və rəğbətini qazanmış professor Elxan Əzizovun 70 yaşı tamam oldu. Yubilyara ünvanlanan çoxsaylı xoş və səmimi təbriklərə ürəkdən qoşulan fakültə kollektivi Elxan müəllimə uzun ömür, can-sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulamışlar.
