Şərqşünaslıq fakültəsinin dekan müavini “BDU-elm və təhsilin qovuşduğu məkan” adlı konfransda məruzə edib
28/03/2022Şərqşünaslıq fakültəsinin dekan müavini “BDU-elm və təhsilin qovuşduğu məkan” adlı konfransda məruzə edib. 27 Mart tarixində Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “BDU – elm və təhsilin qovuşduğu məkan” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda müxtəlif elm sahələri üzrə beş məruzə dinlənilib. Konfransda Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli “Orta əsr klassik poeziyasında şahmat leksik fəzası hesabına yaranan linqvopoetik sahə” adlı məruzə ilə çıxış edib. Məruzədə klassik poeziyanın görkəmli nümayəndələrinin yaradıcılığında izlənilən şahmatla bağlı fiqurların adları, bu adlar üzərində qurulan məzmun, poetika və dilçilik baxımından yanaşmalar, oyun adlarının poetizm kimi istifadəsi və onların yaratdığı linqvopoetik sahə barədə geniş məlumat verilmiş, orjinal nümunələr əsasında nəzəri fikirlər dəqiqləşdirilmişdir. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
