Şərqşünaslıq fakültəsinin dekanı “Fəxri fərman” və medalla təltif olunub
05/04/2018Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov İraqın Kərbəla şəhərində yerləşən Əhlibeyt Universiteti tərəfindən “Elm və təhsil sahəsindəki xidmətlərinə görə” “Fəxri fərman” və xüsusi medalla təltif edilib. Təltifləri Elxan Əzizova Əhlibeyt Universitetinin Elmi işlər üzrə prorektoru Əbdülcavad Əbdülhəsən Əlbaydani təqdim edib və xoş arzularını çatdırıb.
Görüşdə universitetlərarası əlaqələr, tələbə mübadiləsi məsələləri müzakirə edilib.
