Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin dekanı dosent Əzizov Elxan Koreya Respublikasına səfəri

04/05/2009

2007-ci il dekabr ayının 5-10 tarixlərində Şərqşünaslıq fakültəsinin dekanı dosent Əzizov Elxan Koreya Respublikasına səfər etmişdir. Bu zaman o, Seuldakı Koreya fondunda olmuş, fakültədə yeni açılmış koreya dili şöbəsi haqqında məlumat vermiş, gələcəkdə sıx əlaqələr yaratmaq barədə səmərəli söhbət aparmışdır. Bundan əlavə dosent E.Əzizov BDU-nun rektoru akademik A.M.Məhərrəmovun tapşırığı ilə Pohanq şəhərindəki Sunlin Universiteti və Decen şəhərindəki Paı Chaı Universitetləri ilə elm, təhsil sahəsində müqavilə bağlamışdır.

Bookmark and Share