Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin Kitab klubu və ADA-nın Məzunlar Assosiasiyasının birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub

18/05/2022
17 may 2022-ci il tarixində BDU-nun Şərqşünaslıq fakültəsinin "Book Club"ı (Kitab klubu) və ADA-nın Məzunlar Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış yazıçı və kinodramaturq Maqsud İbrahimbəyovun ev muzeyində müəllifin "Qara Paltarlı Qadın" və Yakup Kadri Karaosmanoğlunun "Atatürk" əsərlərinin müzakirəsi əsasında ədəbiyyatda Heydər Əliyev və Mustafa Kamal Atatürk obrazlarının qarşılıqlı təhlili əsasında dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masada fakültənin müəllim və tələbə heyəti, o cümlədən ADA-nın tələbələri iştirak ediblər. Əvvəlcə tanınmış yazıçının həyat fəaliyyətini işıqlandıran təqdimetmə izlənilib. "Book Club"ın ilk tədbiri kimi əlamətdar hesab olunan toplantı, iki kitabın təhlili və obrazların həqiqi və bədii izahı ilə başlayıb. Klubun ilk tədbirinin koordinasiya və təşkilində yaxından iştirak edən Türk filologiyası kafedrasının müəllimləri, dos. Nurlanə Mustafayevə və f.ü.f.d. Həyat Məmmədova qeyd olunan kitablar və müqayisə edilən obrazlar barəsində çıxış ediblər. Fakültənin dekan müavini Şahin Yusifli klubun işinə uğurlar arzu etməklə, təhlil edilən məsələlər barədə fikirlərini bildirib. Dəyirmi masa azad müzakirələrlə davam etdirilib. Müxtəlif ədəbi və bədii aspektlərdən tələbə və müəllimlərin fikirləri səsləndirilib. Əsərlərin kompozisiya və sujet xətti, iki öndərin həyat fəaliyyətinin müxtəlif məqamlarına müxtəlif rakurslardan baxış keçirilib. Müzakirələr bitdikdən sonra, iştirakçılar muzeydə ekskursiya ediblər.

 

Bookmark and Share