Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin bir qrup əməkdaşı İran İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edib

25/02/2019

 

Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedralarının bir qrup əməkdaşı “Fairmont Hotel Baku”da İran İslam Respublikasının müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edib. Ölkə himlərininin səslənməsindən sonra İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə islam inqilabının qələbəsindən, ölkənin bir sıra sahələrdə qazandığı nailiyyətlərdən və İran-Azərbaycan münasibətlərindən söhbət açıb. Daha sonra Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Şahin Mustafayev iki ölkə arasındakı siyasi-iqtisadi və mədəni əlaqələr barədə çıxış edib. Ziyalılarla görüşən iranlı diplomatik missiya nümayəndələri iki ölkə arasında əlaqə və münasibətlərin inkişafında Azərbaycan şərqşünaslarının xidmətlərini yüksək dəyərləndirmişlər.

 

 

Bookmark and Share