Homeaz | en | ru

Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar növbəti görüş keçirilib

22/11/2022
"Məşhur şərqşünasla görüş" seriyasının növbəti qonağı, səfir Bünyad Hüseynov tələbələrlə görüşüb.
Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində "Məşhur şərqşünasla görüş" seriyasının növbəti görüşü keçirilib. Görüşdə qonaq qismində fakültənin 1998-ci il məzunu, fövqəladə və səlahiyyətli səfir, XİN-nin idarə rəisi Bünyad Hüseynov iştirak edib. Məzun tələbələr qarşısında səmimi, informativ və məsləhətlərlə dolu bir çıxışla yadda qalıb. O, keçdiyi karyera yolu barədə məlumat verib, mütəxəssis olmaq üçün daim oxumaq və öz üzərində işləməyi tələbələrə məsləhət görüb.
Tələbəlik illəri xatırlanıb, müəllimlər yad edilib. 90-cı illərin tələbəsinin çətin vəziyyəti bugünki resurslarla dolu dünya ilə müqayisə olunub. Tələbələrə mövcud imkanlardan yalnız mütəxəssis olmaq üçün istifadə etmələri tövsiyə olunub. Qonaq fəaliyyət sferası barədə müfəssəl məlumat verdikdən sonra tələbələr tərəfindən çoxsaylı suallar təqdim olunub. Suallar ətrafında izahlar verilib. Fakültə dekanı dos.Aydan Xəndan və İran filologiyası kafedrasının müdiri prof.Mehdi Kazımov səfirin çıxışını alqışlayıb, tələbələr üçün belə stimulverici görüşlərin davamlı olmasını arzulayıblar. Görüşün təşkilində fakültə könüllüləri yaxından iştirak ediblər.

 

 

 

 

Bookmark and Share