Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

28/02/2017

24 fevral 2017-ci il tarixində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fakültədə müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə Xocalı faciəsi haqqında geniş nitq söyləmişdir. Natiq çıxışında 1990-cı illərdə ölkədəki ictimai-siyasi şərait, faciənin baş vermə səbəbləri, ağır ictimai, sosial-iqtisadi nəticələri, bugün soyqırımının təbliği və dünyada tanıdılması istiqamətində Azərbaycan hökumətinin atdığı addımlar, dövlət qurumları və xaricdəki diplomatik nümayəndəliklərin məqsədyönlü fəaliyyəti barədə iştirakçıları məlumatlandırmışdır. Daha sonra faciənin dəhşətləri özündə əks etdirən sənədli film nümayiş olunmuşdur.

 

 

Bookmark and Share