Şərqşünaslıq fakültəsində Türkiyədən gəlmiş müəllim Mustafa Karataşla görüş keçirilib
22/06/201620 iyun 2016-cı il tarixində bir illik müddətə Türkiyənin Yuni İmrə institutu tərəfindən Şərqşünaslıq fakültəsinə türk dilini tədris etməyə ezam olunmuş Nevşehir universitetinin dosenti Mustafa Karataşın fəaliyyət müddətinin bitməsilə əlaqədar görüş keçirilmişdir. Türk filologiyası kafedrasında keçirilən görüşdə fakültə dekanı prof. Elxan Əzizov, tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə, kafedra müdiri prof. Rüfət Rüstəmov və müəllimlər iştirak etmişdir. Mustafa Karataşın fakültədə tədris prosesində səmərəli fəaliyyəti yüksək qiymətləndilmişdir. O isə öz növbəsində diqqət və qayğıya, səmimi münasibətə görə Şərqşünaslıq fakültəsinin kollektivinə öz dərin təşəkkürünü bildirmiş və buradan xoş xatirələrlə ayrıldığını dilə gətirmişdir. Görüşün sonunda Mustafa Karataşa BDU-nun rektoru akad. Abel Məhərrəmovun adından “Fəxri fərman” təqdim olunmuşdur.
