Şərqşünaslıq fakültəsində türk dili və ədəbiyyatı auditoriyalarının açılış mərasimi keçirilib
29/06/201629 iyun 2016 -cı il tarixində Türkiyə Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin birbaşa maliyyə dəstəyi ilə Şərqşünaslıq fakültəsində əsaslı təmir və yeni avadanlıqlarla təchiz olunmuş iki türk dili və ədəbiyyatı auditoriyasının açılış mərasimi baş tutmuşdur. Açılış mərasimi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Mustafa Haşim Polat başda olmaqla məsul şəxsləri və fakültənin müəllim-tələbə heyətinin iştirakı ilə gerçəkləşmişdir. Tədbirdə dekan prof. Elxan Əzizov, Türk filologiyası kafedrasının müdiri prof. Rüfət Rüstəmov, dos. Aydan Xəndan, b/m. Hüseyn Sadıqov və Türkiyə tərəfindən Mustafa Haşim Polat nitq söyləmiş, TİKA ilə fakültə arasında əlaqələrin inkişafının önəmi vurğulanmışdır.
