Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib

06/01/2017

 

30 dekabr 2016 -ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə “Yeni il - ötən ilə əlvida” adlı tədbir keçirilmişdir. Mərasimi giriş sözü ilə dekan müavini baş müəllim Hüseyn Sadıqov açmışdır. Fakültə THT-nin sədri III kurs tələbəsi Taleh Mansurov tədbirin keçirilməsinin məqsədi barədə məlumat vermişdir. Tədbirdə hər bir qrup hazırladığı divar qəzetini iştirakçılara təqdim etmişdir. Daha sonra müxtəlif kurs tələbələri öz arzu və istəklərini, yeni ildən gözləntilərini, ötən illə bağlı xatirələrini dilə gətirmişlər. Tədbir tələbələrin Şərq ölkələrinin milli geyimlərində Şərq dillərində müxtəlif şeir və musiqilərin səsləndirilməsi ilə başa çatmışdır.



















Bookmark and Share