Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində tanınmış türkoloq alimin 65 yaşı qeyd edilib

18/03/2019

 

Türk filologiyası kafedrasının professoru Əsgər Adil oğlu Rəsulovun 65 yaşı fakültədə qeyd edilib. Tədbiri giriş sözü ilə açan Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov alimin həyat yolu, pedaqoji və elmi fəaliyyətindən ətraflı bəhs edib. Dekan professor Elxan Əzizov və İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Əsgər Rəsulovun insani keyfiyyətləri, türk ədəbiyyatşünaslığı sahəsində elmi araşdırmaları, yaradıcılığı, elmi töhfələri barədə geniş çıxış ediblər. Professorun yetirmələrindən fil.ü.e.d. Şükufə Qədimova, dosent Aydan Xəndan, fil.ü.f.d. Həyat Məmmədova, Nurlanə Qasımlı və b. elmi rəhbərləri haqqında öz xoş xatirələrini dilə gətiriblər.

Tədbirin sonunda professor Əsgər Rəsulov ona göstərilən diqqət və ehtirama görə həmkarlarına öz dərin minnətdarlığını ifadə edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share