Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində Novruz adətlərinə həsr olunmuş tədbir keçirilib

18/03/2023
Şərqşünaslıq fakültəsində şərq ölkərində "Novruz" adətlərinə həsr olunmuş tədbir keçirilib.
Şərqşünaslıq fakültəsində fakültə könüllülərinin təşkilatçılığı ilə "Novruz" şərq ölkərində adlı mədəni tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin ruhunun yad edilməsi ilə başlayıb. Açılış sözü ilə fakültənin dekan müavini Şahin Yusifli çıxış edərək, bayramın əhəmiyyəti barədə məlumat verib, tələbə və müəllim heyətini təbrik edib. Tədbir tələbələrin müxtəlif şərq ölkələrində Novruzla bağlı adət-ənənələrə həsr olunmuş çıxışları ilə davam edib. Türkiyə, Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələrində olmaqla şərqdə Novruzla bağlı inanclar, etimoloji təsvir, tarixi aspekt, müştərək adət-ənənələr barədə çıxışlar edilib. Tələbələr bayramla bağlı mahnılar ifa edib, rəqslər icra ediblər. Sonda tələbələr yumurta döyüşdürüb, yallı gediblər.


 

 

 

 

 

 

 

 

Bookmark and Share