Homeaz | en | ru

Şərqşünaslıq fakültəsində “Şərq filologiyası məsələləri” mövzusunda elmi konfrans

25/05/2016

11 may 2016 -ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 93 illiyinə həsr edilmiş gənc alim və magistrantların "Şərq filologiyası məsələləri" mövzusunda elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə fakültə dekanı prof. Elxan Əzizov açaraq, konfrans iştirakçılarını salamlamış, konfransın işinə müvəffəqiyyətlər diləmişdir. Daha sonra gənc alim və magistrantların Şərq filologiyasının aktual məsələləri barədə çıxışları dinlənilmişdir. Magistrantlardan G.Sadıqzadə, R.Gözəlova, Ş.Yusifli, Z.Fətullayev, N.Əhmədova, M.Nuriyeva, E.Hüseynova, R.Mehdiyeva və b. Şərq ədəbiyyatı və dilçiliyinə dair maraqlı məruzələrlə çıxış etmişdir. Məruzələr diskussiya və geniş fikir mübadiləsi şəraitində keçmiş, mühazirəçilərə mövzularla bağlı müxtəlif suallar ünvanlanmışdır. 
Konfransın işindən, gənc alim və magistrantların çıxışlarından böyük zövq aldıqlarını məmnunluq hissi ilə vurğulayan Ərəb filologiyası kafedrasının müdiri akad. V.Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri prof. M.Kazımov, Türk filologiyası kafedrasının müdiri prof. R.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dos. O.Cəilbəyli, Elmi işlər üzrə dekan müavini b/m. A.Yəhyayev, Türk filologiyası kafedrasının əməkdaşları dos. A.Xəndan, f.ü.f.d. B.Hacıyeva, İran filologiyası kafedrasının əməkdaşları dos. L.Mahmudova, M.Tarverdiyev və başqaları tələbələrə gələcək işlərində müvəffəqiyyətlər diləmiş və belə tədbirlərin fakültənin elmi - mədəni həyatında əlamətdar hadisə olduğunu qeyd etmişdir. Qeyd edək ki, konfaransın işində Şərqşünaslıq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yaxından iştirak etmişlər.







Bookmark and Share